00:00:00
Yazar
Admin User
12.12.2025 08:45 95 1 dəq oxuma
Sosial

AMEA mühafizəyə 500 min ayırıb

AMEA mühafizəyə 500 min ayırıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2026-cı il üçün mühafizə xidmətlərinin satın alınması məqsədilə tender elan edib.

 

“İnformator.az” xəbər verir ki, tenderin ümumi ehtimal olunan dəyəri 493 min 327.89 manat təşkil edir.

 

Şərtlərə görə, xidmət rəisi bir nəfər, növbə rəisi akademiya şəhərciyi üzrə iki nəfər, AMEA Mərkəzi Elmi Kitabxana üzrə bir nəfər, AMEA Yataqxana üzrə bir nəfərdir. Mühafizəçi heyətində isə akademiya şəhərciyi üzrə 29 nəfər və AMEA Mərkəzi Elmi Kitabxana üzrə 17 nəfər fəaliyyət göstərəcək.

 

Tenderə yanvarın 7-də yekun vurulacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər