00:00:00
Yazar
Admin User
08.10.2025 15:25 180 2 dəq oxuma
İqtisadiyyat

Amerikada şatdaun davam edir

Amerikada şatdaun davam edir

 

Amerikada hökumətin maliyyə razılaşmasına nail ola bilməməsi nəticəsində yaranan şatdaun davam edir. Bu vəziyyət bir çox dövlət qurumlarının fəaliyyətini iflic edib, iqtisadiyyata və vətəndaşların gündəlik həyatına mənfi təsir göstərməkdədir.

Mövzu ilə əlaqədar olaraq iqtisadçı Günay Hüseynova "İnformator.az" a açıqlamasında bildirib ki, şatdaun qısa müddətli olacaq:

"Hazırkı analizlər və proqnozlar göstərir ki, federal hökumətin maliyyə dayanıqlığı təmin etmədiyinə görə fəaliyyətini müvəqqəti dayandırması, yəni şatdaun çox güman ki, qısa müddətli olacaq. ABŞ tarixində ən uzun şatdaun 2018–2019-cu illərdə baş verib və 35 gün davam edib.
Mövcud geosiyasi gərginlik, qlobal iqtisadi qeyri-sabitlik və dolların zəifləməsi fonunda şatdaunun uzunmüddətli davam etməsi ABŞ iqtisadiyyatı üçün ciddi zərbələr yarada bilər. 2018–2019-cu illərdəki təcrübə göstərdi ki, uzunmüddətli şatdaun ümumi daxili məhsula (ÜDM) təxminən 0,3% təsir göstərərək, 10,7 milyard dollar iqtisadi zərərə səbəb olmuşdu. Bunun da 3,6 milyard dollara yaxın hissəsi bərpa olunmamışdı.Əgər cari vəziyyətdə şatdaun uzanarsa, oxşar həcmdə iqtisadi zərər yenidən qeydə alına bilər. Əgər şatdaun qısa müddətli olarsa, ilk növbədə vətəndaşların sosial-iqtisadi rifahına psixoloji təsir göstərəcək. İnsanlar gələcəkdən narahat olduqları üçün istehlak davranışlarını dəyişirlər, likvidlik azalır, iqtisadi aktivlik zəifləyir. Dövlət qulluqçularının bir qismi maaşsız işləməyə, bir qismi məzuniyyətə göndərilməyə məcbur olur. Bu da sosial gərginlik yaradır.Hökumət layihələrinə gəlincə, bəzi sosial paketlər və proqramlar yarımçıq qala bilər. İmtiyazlı və ehtiyaclı təbəqələr üçün nəzərdə tutulan yardımlar gecikə və ya dayandırıla bilər. Bu isə həm sosial sabitliyə, həm də iqtisadi inkişafa mənfi təsir edə bilər.Düşünmürəm ki, şatdaun uzun müddət davam etsin, çünki bu, ABŞ iqtisadiyyatı üçün olduqca təhlükəlidir. Amma əgər belə bir ssenari reallaşsa, bu, bir sıra risklər yaradacaq,dövlət borcuna görə faiz dərəcələrinin artması, səhm bazarlarında dalğalanmalar, investorların ABŞ iqtisadiyyatına inamının sarsılması kimi problemlər yaranacaq".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər