00:00:00
Yazar
Admin User
02.05.2016 05:48 2413 1 dəq oxuma
Araşdırma

Ana

Gecələr yatmayıb, sübhə qədər sən, Əziyyət çəkmisən, üstümdə Ana!
Ana
BDU, Jurnalistika fakültəsi I kurs tələbəsi 
Ruslan Yusif
 
 
Ana
Gecələr yatmayıb, sübhə qədər sən,
Əziyyət çəkmisən, üstümdə Ana !
Ömründən o gözəl, gümrah vaxtları,
Mənim ömrüm üçün vermisən Ana !
 
Sən necə gözəlsən, necə şirinsən,
Gözlərinə baxıb, doymuram Ana !
Bütün gözəlliklər, səndə cəmlənib,
Gözəllik görməkdən, bezmirəm Ana !
 
Vaxt olub inciyib, küsmüsən məndən,
Qəlbin lap kövrəkdir, incədir Ana !
İstərdim bu sözü, unutmayasan,
Mən səni Sevirəm, Sevəcəm Ana ! 
\"\"
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər