00:00:00
Yazar
Admin User
16.01.2026 14:44 72 1 dəq oxuma
Siyasət

Ana və dörd övladı Azərbaycana repatriasiya edilib

Ana və dörd övladı Azərbaycana repatriasiya edilib

Suriyadan daha 5 nəfər Azərbaycan vətəndaşı (ana və 4 övladı) ölkəyə repatriasiya edilib.

Bu barədə "İnformator.az"a Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçiriblər.

Görüş zamanı repatriantların hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, mövcud problemləri və ehtiyacları öyrənilib, onların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.

Görüşdə repatriantlara Müvəkkilin mandatı, fəaliyyət istiqamətləri, ona müraciət imkanları, habelə hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər