00:00:00
Yazar
Admin User
28.08.2023 11:28 700 1 dəq oxuma
Mədəniyyət

Anasını toxuduğu xalçalarda yaşadan sənətkar

Anasını toxuduğu xalçalarda yaşadan sənətkar

   "Mən həmişə anamın sənətini seçib, onu yaşatmağıma görə fəxr edirəm. Xalçalara baxanda elə hiss edirəm ki, anam bu gün yaşayır". Kəbirə Vəlibəyova 4 yaşındaykən ilmə atmağa başlayıb, çünki o xalçaçı ailəsində dünyaya gəlib.

  Kəbirə xanım 1960-cı ildə Qubanın Ördüç kəndində anadan olub.  "Anam Bədyəlcamal Həsənova 1961-ci ildən xalça ustası olub. Mənim uşaqlıqdan xalça sənətinə böyük həvəsim var idi. 4 yaşımdan ilmə atmağa başladım, anam, bacım məni xalça toxumağa qoymurdular, çünki mən çox kiçik idim. Ancaq işıqlar sönəndə, lampa işığı ilə xalçaya otururdum. 8 yaşımdan əsl xalçaçı oldum".

   Kəbirə xanım 1979-cu ildə ailə qurduqdan sonra Qonaqkənd qumaş fabrikinə üzv olur, 1984-cü ildə Xaçmaza köçür, orada xalça fabrikində işə başlayır. 2017-ci ildə Xaçmazın Qaradağ-Buduq kəndində Azərxalça ASC-nin Xaçmaz filalının üzvüdür. 2018-ci ilin mayında prezdent mükafatına layiq görülüb. Həmin ilin avqustunda Şabrana göndərilib, 3 ay orada kurs keçdikdən sonra Şabranda Azərxalça ASC-nin Şabran filialı açılıb. Həmin gündən indiyə kimi Kəbirə xanım orada rəhbər işləyir. O bildirir ki, qızlarıma da bu sənəti öyrədir və onlarda da xalçaya qarşı böyük həvəs var.

 

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər