Anastacianın parlaq debütü
1998-ci ildə MTV-nin “The Cut” reallıq şousunda özünü təqdim edən Anastacia deyib ki, onlar məni ilk dəfə görəndə sadəcə dördgöz və sarışın saçlı bir qız olduğumu düşünürlər:
“Amma oxuyanda, bu, tamamilə fərqlidir".
O, zarafat etmiyib.
Onun televiziya debütü uzun, geniş plandan başlayıb. Tamaşaçılar onu görməmişdən əvvəl səsini eşidiblər. Həmin səs pıçıltı ilə nərildəmənin qarışığı idi, sanki bir şir məxmərin arasından pəncəsi ilə cırıb çıxıb. Kamera yaxınlaşdıqca Anastacia pilləkənlərdən enərək səhnəyə çıxıb – saçlarını iki hörük edib, başında rəngbərəng zolaqlı papaq, qarınını açıq qoyan qısa top geyinib – həmin illərin pop dəbinə uyğun olaraq. O, mahnısını – Not That Kind – bitirənə qədər telefon xətləri qırmızıya dönüb. Hətta Maykl Cekson belə zəng edərək onu öz musiqi şirkətinə cəlb etməyə çalışıb.
“Bu, sanki bir yarış idi",- deyə Çikaqoda doğulan ulduz xatırlayır. – “Hamı məni imzalamaq istəyib".
BBC NEWS
Məmmədova Banuçiçək
