Angela Merkel Almaniyanın ən yüksək xidmət medalını alır
Almaniyanın keçmiş kansleri Angela Merkeli Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkənin ən yüksək xidmətlərinə görə ordeni ilə təltif edib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bellevue sarayında keçirilən mərasimdə Merkelə xüsusi hazırlanmış “Almaniya Federativ Respublikasının Xidmətlərinə görə Böyük Xaç” ordeni təqdim edib.
Merkelin nailiyyətlərini yüksək qiymətləndirən prezident Ştaynmayer Merkeli Almaniyaya bir çox böhranlarda müvəffəqiyyətlə rəhbərlik edən misilsiz siyasətçi kimi səciyyələndirərək, “Ölkəmizə misli görünməmiş çətinliklərlə iqtisadi uğur qazanmağa kömək etdiniz” deyib.
Merkelin müsbət şəxsi keyfiyyətlərini vurğulayan prezident Ştaynmayer bildirib ki, Merkel heç vaxt şəxsən özünü mərkəzə qoymayıb.
Merkelin mükafatlandırılması bəzi siyasətçilər tərəfindən tənqid edilib.
Qeyd edək ki, Merkeldən əvvəl bu medal yalnız 1954-cü ildə keçmiş kansler Konrad Adenauerə və 1998-ci ildə keçmiş kansler Helmut Kola verilmişdi.
Xumar Bayramqızı
