Anidə aparılan qazıntılar zamanı Səlcuqlular dövrünə aid günbəz tapılıb
Ani Arxeoloji Saytında davam edən qazıntılar zamanı yeni Səlcuqlu türbəsi aşkar edilib. Anadoluda ilk Türk-İslam qəbiristanlığı sayılan Ani Səlcuqlu qəbiristanlığında üzə çıxarılan bu türbənin Anadoluda Türk-İslam dövrünə aid ilk türbə ola biləcəyi üçün böyük əhəmiyyəti var.
Mədəniyyət vəTurizm Naziri Ersoy sosial hesabındakı paylaşımında Anadoluda Türk-İslam tarixini izləməyə davam etdiklərini bildirib.
Ani qazıntılarının Türk-İslam tarixi ilə bağlı yeni tapıntılara işıq saldığını və Anadoluda Səlcuqluların ilk izlərindən birinin ortaya çıxdığını vurğulayan Ersoy bunları qeyd edib:
Mütəxəssislər türbənin Anadoluda türk-islam dövrünə aid ilk türbə ola biləcəyini bildirirlər.
Türbədə və ətrafında arxeoloji qazıntılar davam edir.
TRT Haber
Aişə Mustafayeva
