ANKA-3 pilotsuz döyüş təyyarəsi ilk dəfə uçuş-enmə zolağına çıxıb
Aşağı radar görmə qabiliyyəti, yüksək sürət, yüksək yük daşıma tutumuna kimi bir çox üstünlüklərə malik olan pilotsuz döyüş təyyarəsi ANKA-3 eniş zolağına enib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, pilotsuz uçuş aparatı ilk uçuş üçün günləri sayır.
Türk Aerokosmik Sənayesi (TUSAŞ) müəssisələrində hazırlanmış və şirkətin İHA məhsul ailəsinin üçüncü üzvü olacaq ANKA-3 ilk dəfə nümayiş etdirilib. Pilotsuz Uçuş Aparatları Mühəndisliyi Direktoru Bülent Korkem ANKA-3-ün quyruqsuz konfiqurasiya olduğunu və fərqli üstünlüklərə malik olduğunu bildirib.
Aydan
