Antoni Blinken: "Bu məsuliyyətsizlik və ehtiyatsızlıqdır"
ABŞ dövlət katibi Antoni Blinken dünən Sudanda Amerika diplomatik karvanına atəş açıldığını açıqlayıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken dünən Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri adlanan yarımhərbi qüvvələr arasında qarşıdurmaların davam etdiyi Amerika diplomatik karvanına atəş açıldığını açıqlayıb. Blinken paytaxt Xartumda baş verən hadisədə ölən və yaralananların olmadığını, lakin hücumun qəbuledilməz olduğunu tərəflərə çatdırdığını bildirib.
G7 Xarici İşlər Nazirləri toplantısı üçün Yaponiyada olan Blinken hadisəni ehtiyatsızlıq və məsuliyyətsizlik adlandırıb. O, məsələ ilə bağlı istintaqın davam etdiyini əlavə edib.
Ağ Evdən verilən açıqlamada isə indiki mərhələdə ABŞ vətəndaşlarının Sudandakı təxliyyəsinin nəzərdə tutulmadığı bildirilib.
Qeyd edək ki, ötən gün Avropa İttifaqının Sudandakı səfiri Aidan O'Hara da Xartumdakı iqamətgahında hücuma məruz qalıb.
Fatima
