Antonio Koşta: Enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir
Avropa İttifaqı Azərbaycanın enerji keçidini və gündəliyini dəstəkləmək üçün sərmayə cəlb etməyə hazırdır. Bu işdə bizim qitədən olan bərpaolunan enerji ilə şirkətləri də fəal rol oynaya bilər”, - deyə o əlavə edib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, İlham Əliyev və Antonio Koştanın mətbuata açıqlamalarında tərəflər arasında əməkdaşlığın bir çox istiqaməti qeyd olunsa da, enerji sahəsi əsas prioritet kimi vurğulanıb:
"Antonio Koştanın Azərbaycana son səfəri Azərbaycan-Avropa Birliyi münasibətlərində yeni mərhələnin başlanmasına stimul kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti İlham Əliyev və Antonio Koştanın mətbuata açıqlamalarında tərəflər arasında əməkdaşlığın bir çox istiqaməti qeyd olunsa da, enerji sahəsi əsas prioritet kimi vurğulanıb. Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Bu istiqamətdə indiyədək bir sıra sənədlər imzalanıb. Eyni zamanda əməkdaşlığın prioritetlərini müəyyən edən sənədin yenilənməsi məsələsi də gündəmdədir. Antonio Koşta ilə İlham Əliyev arasında aparılan danışıqlarda bu mövzuya da toxunulub və yaxın vaxtlarda Azərbaycan–Avropa Birliyi əməkdaşlıq prioritetlərinin yenilənəcəyi gözlənilir".
Müsahib bildirib ki, tərəflər arasında yeni ikitərəfli saziş üzrə danışıqların yekunlaşdırılması ilə bağlı da razılıq əldə olunub ki, bu da münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:
"Enerji sahəsi Azərbaycan-Avropa Birliyi əməkdaşlığında ənənəvi istiqamətlərdən biri olaraq qalır. Neft və qaz nəqli sahəsində mövcud əməkdaşlıqla yanaşı, son illərdə yaşıl enerji sahəsi də tərəfdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib. Xüsusilə, Azərbaycanın yaşıl enerji ehtiyatlarının Avropaya nəqli məsələsinin müzakirə olunması və bu prosesin sürətləndirilməsi vacib məsələ kimi qeyd edilib. Azərbaycan ilə Avropa Birliyi arasında rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirilib. Danışıqlarda süni intellektin inkişafı mühüm və qaçılmaz proses kimi qiymətləndirilib və bu sahədə tərəfdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb".
Müsahib vurğulayıb ki, görüşlərdə Naxçıvan dəmir yolu sisteminin yenidən qurulması məsələsində Avropa Birliyinin mümkün dəstəyi müzakirə olunub:
"Zəngəzur dəhlizinin Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrdə yeni logistika seqmenti kimi əhəmiyyəti nəzərə alınarsa, Naxçıvan dəmir yolunun bərpası layihəsinin Avropa Birliyinin diqqətini cəlb etməsi xüsusi önəm daşıyır. Müzakirələrdə Azərbaycanın qarşılaşdığı əsas problemlərdən biri olan humanitar minatəmizləmə məsələsinə toxunulub. Qeyd olunub ki, Avropa Birliyi beynəlxalq minatəmizləmə əməliyyatlarında əsas donor tərəflərdən biridir. Bu isə Azərbaycanın mina problemlərinin həlli istiqamətində Avropa Birliyinin iştirakının daha da genişləndirilməsinin vacibliyini göstərir. Bütün bunlar Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını və gələcəkdə yeni istiqamətlər üzrə genişlənmə potensialına malik olduğunu göstərir".
Səmayə Səftərova