00:00:00
Yazar
Admin User
19.11.2025 14:12 129 1 dəq oxuma
Mədəniyyət

Aparıcını əvəz edən alqoritm

Aparıcını əvəz edən alqoritm

Bu gün BDU-nun Jurnalistika fakültəsində keçirilən “Data əsaslı xəbər istehsalında süni intellektin (Sİ) rolu” adlı Elmi seminarda bu aktual mövzu müzakirə olunub.

 

“İnformator.az” xəbər verir ki, seminarı giriş sözü ilə açan Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli hazırda süni intellektin (Sİ) müxtəlif sahələrdə, o cümlədən mediada yaratdığı möcüzələrdən danışıb. 

 

Daha sonra həmin kafedranın müəllimi Arzu İsayeva “Data əsaslı xəbər istehsalında süni intelektin rolu” mövzusunda geniş məruzə edib. Məruzədə süni intelekt texnologiyalarının media sahəsinə təsiri, data əsaslı jurnalistikanın inkişaf tendensiyaları və xəbərlərin hazırlanmasında avtomatlaşdırmanın gətirdiyi yeniliklər qeyd olunub. Arzu İsayeva təqdimatında xəbər istehsalında istifadə olunan müasir analitik alətlər, AI əsaslı kontent generasiyası, faktların yoxlanılması prosesində süni intellektin imkanları, həmçinin jurnalistikanın müasir çağırışları barədə ətraflı məlumat verib. Məruzəçi TV-də süni intellektin yaratdığı möcüzələrə dair konkret faktlar nümayiş etdirib. 

   

Seminarda kafedranın müəllimləri, doktorantlar, magistlər və tədqiqatçılar çıxış edərək media sahəsində süni intellektin tətbiqi ilə bağlı müxtəlif praktiki nümunələr haqda danışıblar. Seminar iştirakçıları mövzunun aktuallığını  qeyd edərək bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər