00:00:00
Yazar
Admin User
01.09.2025 17:18 267 1 dəq oxuma
Maraqlı

"Apple"nin yeni smartfonu - iPhone 17

"Apple"nin yeni smartfonu - iPhone 17

 

"Apple" şirkətinin yeni smartfonu iPhone 17 sentyabrın 9-u təqdimata veriləcək.


Mövzu ilə əlaqədar texnoblogger Bəxtiyar Həsənov "İnformator.az"a açıqlamasında bildirib ki, uzağa daha yaxşı fokuslana bilən telefoto kamerasına sahib iPhone 17 və iPhone 17 pro max modelləri gözləyirik:


"Bu ilki əsas dizayn dəyişikliyi kamera modulunun böyüməsidir. Çünki uzağı daha yaxşı yaxınlaşdıra bilən telefoto kamerasına sahib iPhone 17 və 17 pro max modelləri gözləyirik. Və həmin modellərə görə kamera modulunun böyüyəcəyini görəcəyik. Həmçinin yenə də pro modellərində 3'lü 48 mega piksel kamera sensorlarına keçid edilməsi gözlənilir. Eksklüziv olaraq "iPhone 17 Air" ən nazik indiyə qədər çıxan iPhone modelinin təqdimatı nəzərdə tutulur".


Ekspertin sözlərinə görə, ötən illə müqayisədə satış qiyməti baxımından xüsusilə 17 Pro və Pro max seriyası üçün hər hansı bir radikal dəyişiklik gözlənilmir. O cümlədən sadə 17 modeli də elə bu ilki standart qiymət səviyyəsini böyük bir ehtimalla qoruyacaq:


"Telefonun ölkəmizdə satışa çıxmasına gələndə bir neçə həftə öncə "Apple"nin Azərbaycandakı rəsmi təmsilçisinin verdiyini məlumata görə "Apple" 2-ci səviyyəli təchizatçı ölkələrin siyahısında bizim də adımızı çəkib. Buna görə gözlənilir ki, rəsmi bir şəkildə yeni nəsil "iPhone 17" seriyası əvvəlki illərlə müqayisədə ən azından bir neçə həftə daha tez satışa gəlsin. Amma yenə də dəqiq bir tarix yoxdur".


Aydan Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər