Aqrar sektorun iqtisadiyyatda payı azalmağa doğru gedir
Məcnun Məmmədov bildirib ki, Azərbaycanda sənayeləşmə, xidmət sahələrinin genişlənməsi və logistika sektorunun sürətli inkişafı fonunda aqrar sektorun ölkə iqtisadiyyatındakı payının tədricən azalması gözlənilir. Onun sözlərinə görə, iqtisadiyyatın strukturunda baş verən dəyişikliklər ölkədə qeyri-neft sənayesi və xidmət sahələrinin daha üstün templə inkişaf etməsi ilə bağlıdır.
Məsələ ilə iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, yükdaşıma, anbar fəaliyyəti, yükləmə-boşaltma işləri, yol və liman infrastrukturundan istifadə, dəmir yollarından əldə olunan gəlirlər, eləcə də tranzit gəlirləri iqtisadiyyatın mühüm sahələrini təşkil edir.
“Məsələ ondan ibarətdir ki, nazir demək istəyir: digər sahələr inkişaf etdikcə, aqrar sektorun ümumi iqtisadiyyatda payı nisbətən azalacaq. Nazir bununla iqtisadiyyatın ümumilikdə zəifləyəcəyini demir. Sadəcə olaraq vurğulayır ki, logistika, nəqliyyat və daşıma kimi sahələrin inkişaf tempi aqrar sahədən daha yüksək olacaq. Yəni ümumi fikir bundan ibarətdir. Məzun müəllim də bu fikri ifadə edərək bildirib ki, iqtisadiyyatın strukturunda nəqliyyat, daşıma və logistika fəaliyyətlərinin payı daha çox artacaq”.
Güllər Gülhüseynova
