00:00:00
Yazar
Səadət Əlizadə
15.05.2026 20:34 100 2 dəq oxuma
Sosial

Arıqlamaq üçün iynə trendi: həll yoxsa təhlükə?

Arıqlamaq üçün iynə trendi: həll yoxsa təhlükə?

Əvvəl arıqlama çayları, sonra qəhvələr, indi isə iynələr… Sosial şəbəkələrdə sürətlə yayılan yeni trend - arıqlamaq məqsədilə vurulan iynələrdir. Son illərdə arıqlamaq istəyənlərin sayı artdıqca, müxtəlif preparatlar da gündəmə gəlir. Ən çox müzakirə olunan vasitələrdən biri isə Somatrope adlı preparatdır. Bəziləri onu yağ yandıran vasitə kimi təqdim edir. Bəs bu preparat həqiqətən təhlükəsiz və effektivdirmi?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Professor Adil Qeybulla bildirib ki, artıq çəki ilə mübarizə mütləq həkim nəzarəti altında aparılmalıdır:

 

“Çünki artıq çəkinin yaranmasının müxtəlif səbəbləri ola bilər. Bu səbəblərə həddindən artıq qidalanma, doyma hissinin itməsi, az hərəkətlilik, genetik xəstəliklər, müxtəlif hormonal pozuntular, şəkərli diabet və insulin dirənci daxildir.

Artıq çəkinin səbəbini yalnız həkim müəyyən edə bilər. Bunun üçün müxtəlif analizlər aparılır və nəticələr əsasında diaqnoz qoyulur.

İnsulin dirənci ilə bağlı istifadə olunan bəzi iynə və preparatlar əsasən bu xəstəliyin müalicəsi üçün təyin edilir. Bu preparatlar qlükoza səviyyəsinə və maddələr mübadiləsinə təsir göstərir. Lakin hesab edirəm ki, bəzi hallarda xəstədə köklük olsa da insulin dirənci olmaya bilər, yaxud əksinə, insulin dirənci olub artıq çəki müşahidə edilməyə bilər. Buna görə də həmin preparatlar sırf çəki azaltmaq məqsədilə istehsal olunmayıb.

Əsas prinsip bədənə daxil olan kalori ilə sərf olunan kalori arasında balans yaratmaqdır. Sağlam nəticə əldə etmək üçün düzgün qidalanma və fiziki aktivlik vacibdir.

Sonda isə ən doğru tövsiyəni və müalicə planını yalnız həkim verməlidir”.

 

Səadət Əlizadə

 

 

 

Bu mövzu uyğun başlıq ver və şəkil

#təhlükə? #azərbaycan #həll #iynə #trendi:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər