00:00:00
Yazar
Admin User
02.02.2026 15:15 163 2 dəq oxuma
Araşdırma

Artan xəstəliklərin səbəbi nədir

Artan xəstəliklərin səbəbi nədir

Müasir həyatın sürəti, gündəlik stress və dəyişən qidalanma vərdişləri insanların sağlamlığına təsirsiz ötüşmür. Xəstəliklərin daha tez-tez gündəmə gəlməsi bu amillərin rolunu yenidən sual altına çıxarır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında tanınan həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla bildirib ki, xəstəliklərin artımı ekoloji pozulma, sağlam olmayan həyat tərzi və stresslə bağlıdır:

 

"Əslində bu, qlobal bir sualdır və ona qısa bir-iki cümlə ilə cavab vermək çətindir. Bütün xəstəliklərin artmasının əsas səbəbi, ümumilikdə, ekoloji tarazlığın pozulmasıdır. Burada qidalanma da var, stress də var, bundan başqa qlobal istiləşmənin təsiri var, radiasiya var, yəni çoxlu amillər mövcuddur.

 

Amma əsas məsələlərdən biri çox yemək və az enerji sərf etməkdir, yəni oturaq həyat tərzidir. Siqaret çəkmək, həddindən artıq alkoqol qəbulu da bu sıradadır. Siqaret deyəndə həm adi siqaret, həm də elektron siqaretlər nəzərdə tutulur.

 

Digər tərəfdən qidalanma məsələsi var: fast-food, zərərli qidalar, ömrü uzun olan, yəni hazır və emal olunan qidaların həddindən artıq qəbulu. Bütün bunların hamısı sağlamlığa ziyan vuran amillərdir və nəticə etibarilə onkoloji xəstəliklərin, ürək-damar xəstəliklərinin və digər xroniki xəstəliklərin getdikcə artmasına səbəb olur.

 

Bununla yanaşı, stress amili də öz yerindədir. Cəmiyyətdə insanların məmnunluq səviyyəsinin aşağı olması, sosial gərginlik stress yaradır və bu da insanların səhhətində neqativ iz buraxır. Yəni bu məsələyə kompleks yanaşılmalıdır.

 

Ona görə də kütləvi idman təşviq olunmalıdır, insanlara psixoloji dəstək göstərilməli və psixoterapiya aparılmalıdır, televiziya kanalları vasitəsilə maarifləndirmə işi gücləndirilməlidir. Təəssüf ki, hazırda bunların heç birini yetərli səviyyədə görmürük".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər