Artıq çəki ayrı-seçkiliyi cinayət hesab olunacaq
Nyu-Yorkda “artıq çəki ayrı-seçkiliyi” cinayət hesab ediləcək.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York Şəhər Şurası dünən səsvermə yolu ilə artıq çəkiyə görə ayrı-seçkiliyi qadağan edən qanun layihəsini qəbul edib.
Qanun layihəsi Mer tərəfindən təsdiqlənərsə, işə qəbul, mənzil, ictimai yaşayış və restoranlarda insanın boyu və çəkisinə görə ayrı-seçkilik qadağan ediləcək.
Sayad
