ASOS tətbiqinə kiberhücum olub
Məşhur geyim və gözəllik brendi ASOS istifadəçilərinə tətbiq üzərindən icazəsiz bildirişlərin göndərildiyini və hadisə ilə bağlı araşdırma aparıldığını təsdiqləyib.
Çərşənbə axşamı səhər saatlarında yüz minlərlə istifadəçiyə göndərilən bildirişdə hakerlər şirkətin məlumat bazasını ələ keçirdiklərini və müştəri məlumatlarını sızdırmaqla hədələdiklərini bildiriblər. Hakerlər tətbiqdəki bildiriş sisteminə müdaxilə edərək "ASOS HACKED" başlığı ilə xəbərdarlıq mesajı paylaşıblar. Mütəxəssislər hücumçuların şirkətin tətbiqini faktiki olaraq fidyə tələbnaməsinə çevirdiklərini bildirirlər. Bildirişlər Böyük Britaniya, Avstraliya, Fransa, İsveç və İrlandiya daxil olmaqla müxtəlif ölkələrdəki istifadəçilərə çatıb. Şirkətin səhmləri xəbərdən sonra təxminən 10 faiz dəyər itirib.
Səkinə Musayeva
BBC News