AstraZeneca xərçəng riski yoxlaması aparıb
AstraZeneca, Qure.ai ilə əməkdaşlıq sayəsində 20-dən çox ölkədə 5 milyon ağciyər rentgenini yoxlayaraq 50 min nəfəri əlavə müayinələrə yönləndirib.
Şirkətin açıqlamasına görə, AstraZeneca və səhiyyə texnologiyaları şirkəti Qure.ai tərəfindən həyata keçirilən tədqiqat çərçivəsində süni intellekt dəstəyi ilə rutin çəkilən ağciyər rentgenlərində potensial xərçəng riski daşıyan nodullar aşkarlanıb.
Bu sayədə 50 min nəfər əlavə müayinələrə və diaqnostika mərkəzlərinə yönləndirilərək erkən diaqnoz imkanı yaradılıb.
Türkiyədə isə 3 əsas mərkəzdə təxminən 200 min ağciyər rentgeninin süni intellekt dəstəyi ilə yoxlamaları tamamlanıb.
Ağciyər xərçəngi dünyada ən çox ölümə səbəb olan xəstəliklərdən biridir və 2022-ci ildə 1,8 milyondan çox insanın həyatını itirməsinə yol açıb.
Halların 50%-dən çoxu irəliləmiş mərhələdə diaqnoz qoyulur və bu xəstələrin beşillik sağ qalma nisbəti 10%-dən aşağı olur. Erkən mərhələdə diaqnoz qoyulan hallarda isə sağ qalma nisbəti 68%-dən 92%-yə qədər dəyişir.
Bundan əlavə, ağciyər xərçənginə bağlı ölümlərin təxminən 70%-i, adətən daha məhdud aşkar edilə bilən aşağı və orta gəlirli ölkələrdə baş verir.
Açıqlamada fikirlərinə yer verilən AstraZeneca-nın Beynəlxalq Onkologiya üzrə Vitse-prezidenti Ti Hwei How bildirib ki, bu əməkdaşlıqla xəstə nəticələrini yaxşılaşdırmaq yolunda ilk addım olan erkən diaqnoz sahəsindəki əzmkarlıqlarını ortaya qoyurlar.
How qeyd edib ki, süni intellekt dəstəyi ilə yoxlanılan ağciyər rentgenlərinin ağciyər xərçənginin aşkarlanmasında maliyyət effektiv bir vasitə olduğunu sübut etdiyini göstərir: “Bu uğurla tətbiq olunan metodu qlobal səviyyədə yaymaq üçün addımlar atırıq. Ağciyər sağlamlığı və ağciyər xərçənginin səhiyyə siyasətlərində prioritetləşdirilməsi üçün səhiyyə nazirlikləri və siyasət qurucuları ilə əməkdaşlıq edir, süni intellekt dəstəklı yoxlama işlərinə dəstək veririk”.
TRT XƏBƏR
Lalə Qurbanlı