Atəşkəs pozulub
Düşmən cavab atəşi ilə susdurulub.
Erməni silahlı bölmələri Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
İnformator Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən cavab atəşi ilə susdurulub.
