00:00:00
Yazar
Admin User
01.07.2025 18:01 141 1 dəq oxuma
Dünya

Atəşkəsin gələn həftə təmin olunacağına ümid edirik

Atəşkəsin gələn həftə təmin olunacağına ümid edirik

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin gələn həftə təmin oluna biləcəyini bildirib. Tramp, "Atəşkəsin baş verməsini arzulayırıq. Gələn həftə ərzində gerçəkləşməsini səbirsizliklə gözləyirik. Girovları xilas etmək istəyirik", – deyə vurğulayıb.

 

Donald Tramp 7 iyul, bazar ertəsi günü Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirəcəyi görüşdə Qəzza və İranda baş verən vəziyyəti müzakirə edəcəklərini deyib.

 

Digər tərəfdən, “Alkatras timsahı” adlandırılan və qeyri-qanuni miqrantların saxlanılacağı yeni həbsxana ilə bağlı da Tramp bəyan edib ki, buraya gətirilən miqrantlara “timsahlardan necə qaçacaqlarını” öyrədəcəklər. Tramp əlləri ilə çarpaz hərəkət edərək, “Düz xətt üzrə qaçmayın. Belə qaçın. Belə qaçsanız, şansınız 1 faiz artar”, – deyə əlavə edib.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər