Autizm - erkən diaqnostika və müdaxilə onların inkişafında həlledici rol oynayır
Dünyada hər 127 nəfərdən birində autizm spektr pozuntusu aşkarlanır. Bu isə təxminən 61 milyon insan deməkdir. 2008-ci ildən etibarən hər il aprelin 2-si Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur. Məqsəd autizmli insanların cəmiyyətə inteqrasiyasını gücləndirmək və bu sahədə maarifləndirməni artırmaqdır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada orta hesabla hər 100 uşaqdan birində autizm müşahidə edilir.
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova “İnformator.az” a açıqlamasında bildirib ki, autizmdə erkən diaqnoz və düzgün yanaşma çox vacibdir:
“Uşaqlarda inkişaf pozuntuları, xüsusilə, autizm, ilk 6 aydan etibarən göz kontaktının qurulmaması ilə özünü büruzə verə bilər və 2-3 yaşda isə tam dəqiqləşir. Autizm sadəcə bir davranış yox, duyğuların parçalanmasıdır və uşağın görmə, danışıq, hətta yemək vərdişlərinə təsir edir. Əsas problem qeyri-peşəkar yanaşmalardır; bəzən sadə nitq qüsurları və ya dilaltı pərdə kimi fizioloji amillər yanlışlıqla autizm kimi qələmə verilir. Bu səbəbdən diaqnoz tək bir nəfər tərəfindən deyil, mütləq nevroloq, uşaq psixiatrı, pediatr və mütəxəssis psixoloqlardan ibarət konsilium vasitəsilə qoyulmalıdır. Valideynlər övladının fərqliliyini dərk etməli və onu olduğu kimi qəbul edərək inkişafına dəstək olmalıdırlar. Unutmaq olmaz ki, yalnız psixoloji söhbətlər kifayət deyil; beynin funksional inkişafı üçün nevroloji və psixiatrik müalicə mütləqdir. Uşaqlarda inkişaf pozuntuları, xüsusilə, autizm, ilk 6 aydan etibarən göz kontaktının qurulmaması ilə özünü büruzə verə bilər və 2-3 yaş dövründə tam dəqiqləşir. Autizm sadəcə bir davranış fərqliliyi deyil, duyğuların parçalanmasıdır; bu hal uşağın görmə, danışıq və qidalanma vərdişlərinə birbaşa təsir edir. Müasir tibbdə, Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə bir xəstəlik kimi təsdiqlənən autizmin müalicəsində təkcə psixoloji söhbətlər kifayət deyil. Əsas problemlərdən biri qeyri-peşəkar yanaşmalardır. Bəzən sadə nitq ləngimələri və ya dilaltı pərdə kimi fizioloji amillər yanlışlıqla autizm kimi qələmə verilir. Eyni zamanda, kəkələmə kimi hallarda da beyindəki nevroloji “qaynama” dayanmasa, yalnız terapevtik üsullarla nəticə almaq mümkün deyil. Bu səbəbdən diaqnoz və müalicə prosesi mütləq nevroloq, uşaq psixiatrı, pediatr və ixtisaslaşmış psixoloqlardan ibarət kompleks bir heyət (konsilium) vasitəsilə idarə olunmalıdır. Valideynlər övladının fərqliliyini dərk etməli, onu olduğu kimi qəbul etməli və mütləq peşəkar tibbi dəstəyə müraciət etməlidirlər. Unutmaq olmaz ki, beyin düzgün həkim nəzarəti ilə müalicə olunarsa, autizmli və ya digər nevroloji çətinlikləri olan uşaqların cəmiyyətə inteqrasiyası və inkişafı tamamilə mümkündür”.
Arzu Poladova