00:00:00
Yazar
Zəhra Həsənova
17.05.2026 16:10 26 1 dəq oxuma
Sosial

WUF13 çərçivəsində Bakıda nəqliyyat və şəhər infrastrukturu yenidən gündəmdə

WUF13 çərçivəsində Bakıda nəqliyyat və şəhər infrastrukturu yenidən gündəmdə

Bakıda keçirilən World Urban Forum 13 şəhərin nəqliyyat sistemi, urbanizasiya və infrastruktur imkanlarını yenidən diqqət mərkəzinə gətirib. Forum çərçivəsində tətbiq olunan yol məhdudiyyətləri və marşrut dəyişiklikləri həm şəhər idarəçiliyi, həm də sərnişin rahatlığı baxımından müzakirə olunur.

 

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov “İnformator.az” a açıqlamasında bildirib ki, WUF13-də dayanıqlı inkişaf, şəhərsalma və yaşayış mühitinin yaxşılaşdırılması ilə bağlı vacib məsələlər müzakirə olunur:


“WUF13 çərçivəsində çox müxtəlif məsələlər müzakirə olunur. Şəhərlərdə yaşayış imkanlarının artırılması, dayanıqlı inkişaf, yaşıl və dayanıqlı nəqliyyat, istixana qazlarının azaldılması, iqlim dəyişikliklərinə adaptasiya, məskunlaşmanın daha müasir formaları ilə bağlı mövzular geniş şəkildə müzakirə edilir. Bu forumun əsas məqsədlərindən biri də müasir şəhərsalma problemlərini gündəmə gətirməkdir. Miqrasiya ilə bağlı problemlərin müzakirəsi, şəhərlərdə yaşayış mühitinin yaxşılaşdırılması və gələcəkdə tətbiq oluna biləcək texnologiyaların araşdırılması da əsas istiqamətlər sırasındadır. Yəni forumun mövzusu çox geniş və əhatəlidir. İlk növbədə, şəhərlərin və ətraf mühitin idarə olunması ilə bağlı mühüm məsələlərin gündəmə gələcəyi və gələcək üçün yeni istiqamətlərin müəyyən olunacağı gözlənilir”.

 

Arzu Poladova

#baki #gündəm #şəhər #wuf13
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər