00:00:00
Yazar
Admin User
31.05.2023 18:22 342 1 dəq oxuma
Dünya

Autizmli oğlu heç bir məktəbə alınmayan ata aclıq aksiyasına başladı

Autizmli oğlu heç bir məktəbə alınmayan ata aclıq aksiyasına başladı

Fransanın Pozes şəhərinin meri Corc Lusiu autizmli oğlunun heç bir məktəb tərəfindən qəbul edilməməsindən sonra aclıq aksiyasına başlayıb.

 

İnformator.az qərb mediasına istinadən xəbər verir ki, Lusiu ağır autizm xəstəsi olan oğlunun təhsilini məktəblərdə davam etdirə bilməyəcəyini öyrənib. Bu vəziyyət qarşısında hərəkətə keçən bələdiyyə sədri Eure bölgəsindəki səlahiyyətli quruma gələrək aclıq aksiyasına başlayıb. Loiseau-nun hərəkəti siyasətçilər, qonşu ölkələr və birliklərdən dəstək alıb.

 

Oğlunun və onun kimi autizmli övladlarının məktəbdə təhsillərini davam etdirmələri üçün imkan yaradılmasını tələb edən Lusiu "Bu mübarizəni qələbəyə aparmalıyıq" deyib.

 

Bir çox ailənin eyni problemdən əziyyət çəkdiyini bildirən Lusiu etirazının nəticəsinin həlledici olacağını bildirib. Lusiu qurum qarşısında aksiyasını hər gün davam etdirəcəyini vurğulayıb. Məsələ ilə fikir bildirən millət vəkili Filip Brun problemin bu həftə Milli Məclisdə müzakirəyə çıxarılacağını açıqlayıb.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər