00:00:00
Yazar
Admin User
16.10.2025 19:32 168 2 dəq oxuma
İqtisadiyyat

Avro və rubl bahalaşıb

Avro və rubl bahalaşıb

Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1.7000 manat olub.


Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan manatın məzənnəsi dollar indekslidi:


“Dolların məzənnəsi isə intizati qaydada tənzimlənir. Bizdə əgər məzənnə dəyişikliyi ilə bağlı hansısa bir qərar olacaqsa bu inzibati qərar olacaq. Yəni hökümətin verəcəyi qərar olacaq. Bizdə bazar iqtisadiyyatı qanunları nu sahədə işləmir, məzənnə rejimi yoxdur. Ona görə də nə vaxtsa hökümət belə bir qərar versə məzənnə dəyişikliyi olacaq. Bu dünyada və yaxudda ölkə daxilində gedən bir proseslərlə, bazar iqtisadiyyatı ilə bağlı deyil. Rublun bahalaşmasına gəldikdə isə bu müvəqqətidir. Daim bu proseslər olur. Əksinə son vaxtlarda rublda müəyyən ucuzlaşmada gözlənilir, çünki Amerika-Rusiya münasibətləri sərtləşib deyə Rusiya bazarında rublun məzənnəsində ucuzlaşma gözlənilir. Ucuzlaşma olsa və yaxud da bahalaşma olsa bu Rusiyadan gələn malların dəyərinə təsir göstərir. Bizdə Rusiyadan gələn ərzaq məhsulları, qeyri ərzaq məhsulları, tikinti materialları bazarda çoxdur. Rubl məzənnəsi ucuzlaşanda Azərbaycana gələn malların əslində ucuzlaşması olmalıdır. Amma çox təəssüf ki, biz bunu nadir hallarda görürük, lakin rubl möhkəmləndikcə Rusiyadan gələn məhsullarında bazarda bahalaşnasına şahid oluruq. İqtisadi sabitliyə manatın müsbət təsirləridə var, mənfi təsirlərifə var. Manatın sabit olması ən azından iş adamlarına önünü görməyə imkan verir, yəni planlaşdırmada onlara müəyyən fürsət yaradır. Amma sabit məzənnənin olması həm də ona görə problemdir ki, bizdə üzən məzənnə olmadığına görə bazar münasibətlərini, manatın real bazar dəyərini müəyyənləşdirmək çətindir. Sabit məzənnə rejimi bizdə 10 il, 2005-2015 aralığı illərdə davam edib. Hazırda yenə 10 ildir ki sabit məzənnə rejimdir, lakin bir müddətdən sonra bu məzənnəni sabit saxlamaq bəlkə də mümkün olmayacaq”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər