“Avropa ABŞ-yə təslim olacaq”
"Avropa təzyiqə təslim olacaq və Qrenlandiya ABŞ-nin nəzarətinə keçəcək".
"İnformator.az" xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev X səhifəsində yazıb.
"Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək, transatlantik birlik bəlkə də müəyyən dərəcədə bərpa olunacaq", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsinə görə NATO-nun səkkiz ölkəsinə (Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveç) qarşı 1 fevraldan yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.
