00:00:00
Yazar
Nigar Həsənzadə
30.07.2026 22:31 20 1 dəq oxuma
Araşdırma

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Avropa Birliyinin Azərbaycandakı səfiri Mariyana Kuyunciç Azərbaycan dilini öyrənmək niyyətində olduğunu bildirib.

 

"İnformator.az" xəbər verir ki, bununla bağlı video 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi Feysbuk sosial şəbəkəsində paylaşıb.

 

"1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Avropa Birliyinin səfiri Mariyana Kuyunciç bu zəngin dili öyrənməyə başlayıb. Bu videonu sizinlə bölüşürük”, - paylaşımda qeyd olunub.

 

Paylaşıma əlavə olunmuş videoda diplomatik missiyanın rəhbəri auditoriyaya Azərbaycan dilində müraciət edir.

#səfiri #birliyinin #avropa #öyrənir #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər