Avropa hərbi personalı Qrenlandiyaya gəlib
Kəşfiyyat missiyası adlandırılan tədbir çərçivəsində bir neçə Avropa ölkəsinin ora hərbçilər göndərməsi fonunda, Fransanın 15 nəfərlik hərbi kontingenti Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə gəlib.
Bu yerləşdirmə Almaniya, İsveç, Norveç, Niderland və Böyük Britaniyadan olan hərbi personalı da əhatə edəcək. ABŞ Prezidenti Donald Tramp Danimarkanın yarımmüstəqil ərazisi olan Arktika adasına iddiasını irəli sürməkdə davam etdiyi bir vaxtda bu addım atılıb.
BBC News
Gövhər Mehyəddinova
