Avropa İttifaqı çip istehsalının artırılması qanununu təsdiqləyib
Avropa Parlamenti və Avropa İttifaqı (Aİ) üzvləri çip istehsalından, xüsusən də Asiya ölkələrindən asılılığı azaltmaq üçün lazımi addımların atılması planını təsdiqləyiblər.
Aİ Kovid-19 pandemiyasından sonra qlobal çip tədarükündə yaranan fasilələrdən səbəbilə bu sahədə istehsal payını əhəmiyyətli dərəcədə artırmaq istəyir.
Asiya, xüsusilə Çin və Tayvan çip istehsalı və ixracında ən çox söz sahibi olan ölkələr kimi tanınır.
İsveç tərəfindən verilən yazılı açıqlamada "Avropa Çip Qanunu" təklifi ilə AB-də çip istehsalını artırılacağı bildirilib.
"Avropa Çip Qanunu" təklifi Aİ-nin 2030-cu ilə qədər mövcud qlobal bazar payını iki dəfə artıraraq 20 faizə çatdırmağı nəzərdə tutur. Avropa bu hədəfə çatmaq üçün hasilatı dörd dəfə artırmalıdır.
"Avropa Çip Qanunu" təklifi Avropanın artan çip tələbatını ödəmək üçün 43 milyard avrodan çox dövlət və özəl investisiyaların səfərbər edilməsini nəzərdə tutur.
Fatima
