00:00:00
Yazar
Admin User
27.04.2023 16:39 315 1 dəq oxuma
Dünya

Avropa İttifaqı ölkələrində qalıq yanacaqların payı azalıb

Avropa İttifaqı ölkələrində qalıq yanacaqların payı azalıb

Avropa İttifaqının (Aİ) elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələri payız-qış aylarında ilk dəfə olaraq qalıq yanacaqlarını üstələyib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Londonda yerləşən enerji mərkəzi olan Emberin son təhlillərin nəticələrini açıqlayıb. Açıqlamaya görə, 2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər olan dövrdə Aİ-də elektrik enerjisi istehsalında qalıq yanacaqların payı azalıb.

 

Aİ ölkələrində "böhran qışı" adlandırılan bu dövrdə elektrik enerjisinə tələbatın azalması qalıq yanacaqlardan elektrik enerjisi istehsalının əvvəlki qışa nisbətən azalmasına səbəb olub.

 

Bu dövrdə kömürdən elektrik enerjisi istehsalı 11 faiz, qazdan elektrik enerjisi istehsalı isə 13 faizə qədər azalıb.

 

Beləliklə, Aİ-nın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı qışda ilk dəfə olaraq qalıq yanacaqlarını ötərək 40 faizə çatıb. Qalıq yanacaqların payı isə 37 faiz təşkil edib.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər