Avropa İttifaqı Parlamenti qanunsuz miqrasiya ilə bağlı təkliflər verib
Avropa İttifaqı Parlamenti (Aİ) qeyri-qanuni immiqrasiya siyasəti mübahisəsinə son qoymağa yönəlmiş bir sıra təklifləri qəbul etmək üçün səsvermə keçirib.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, qəbul edilmiş təkliflər arasında 27 Aİ ölkəsinə miqrantların gözlənilməz gəlişi zamanı onların qəbul imkanları ilə bağlıdır. Bu təkliflərdə miqrant qəbulu zamanı problem yaranarsa atılacaq addımlar yer alıb. Bu zaman miqrant qəbul edən ölkə digər üzv dövlətlərdən kömək alacaq.
Eyni zamanda üzv dövlətlər sığınacaqla bağlı öz daxili qaydalarını 2024-cü ilin mayında keçiriləcək Avropa Parlamenti seçkiləri zamanı səs verilən qaydalara uyğunlaşdırmalıdırlar.
Fatima
