00:00:00
Yazar
Admin User
01.07.2025 17:45 124 1 dəq oxuma
Dünya

Avropa İttifaqının dövrə başçılığı Danimarkaya keçib

Avropa İttifaqının dövrə başçılığı Danimarkaya keçib

Avropa İttifaqına üzv ölkələr arasında 6 aydan bir növbə ilə həyata keçirilən dövrə başçılığı bu gündən etibarən 1 yanvardan bəri vəzifəni icra edən Polşadan Danimarkaya keçib.


Bu vəzifə çərçivəsində Danimarka ilin ikinci yarısında İttifaqın gündəminin formalaşmasında əsas rol oynayacaq.


Kopenhagen, dövrə başçılığının şüarını “Dəyişən dünyada güclü Avropa” olaraq müəyyənləşdirib.


Danimarka, Avropanın müdafiə sahəsində strateji müstəqilliyinin təmin edilməsi, Aİ ölkələrinin qlobal bazarlarda rəqabət qabiliyyətinin artırılması, Aİ-nin 2050-ci ilə qədər karbon neytrallığı hədəflərinə çatmasının asanlaşdırılması, qeyri-qanuni miqrasiya ilə mübarizə və genişlənmə məsələlərinə diqqət yetirəcəyini bildirib.


Danimarka dövrə başçılığını 1 yanvar 2026-cı ildə Cənubi Kipr Rum İdarəsinə təhvil verəcək.


TRT Haber
Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər