Avropa İttifaqının Rusiyaya növbəti sanksiya paketi hazırlandı
Avropa İttifaqı Komissiyası Rusiyaya qarşı 11-ci sanksiya paketini hazırlayıb. Yeni paket ilə Brüssel sanksiyalarının tətbiqini, effektivliyinin və nüfuzunun qarşısını almağı hədəfləyir.
İnformator.az Euronews-a istinadən xəbər verir ki, Avropa İttifaqı Komissiyası Rusiyaya qarşı 11-ci sanksiya paketi ilə bağlı təklifini üzv ölkələrə göndərib.
Aİ Komissiyasının üzvü Erik Mamer Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Rusiyaya qarşı yeni sanksiyalar paketinə hazırlıqlar ilə bağlı açıqlamalar verib.
Mamer bu mərhələdə üzv ölkələrin paketin məzmununu qiymətləndircəyini vurğulayıb. O, yeni sanksiya paketinin təfərrüatlarını hələlik paylaşa bilməyəcəyini bildirib.
Fatima
