Avropa Komissiyasının Ukraynaya yardım planı açıqlandı
Avropa Komissiyası Kiyevin təcili ehtiyac duyduğu sursatların çatdırılması üçün 500 milyon avroluq planı açıqlayıb.
İnformator.az Euronews-a istinadən xəbər verir ki, Brüssel bu təşəbbüslə Ukraynaya söz verdiyi 155 millimetr çaplı artilleriya mərmilərinin istehsalındakı çətinlikləri dəf etməyi hədəfləyir.
Təşəbbüsü açıqlayan daxili bazar üzrə Avropa komissarı Thierry Breton "Bizdə Ukraynanı dəstəkləmək üçün bu cür arsenal çatışmasa da, bu, təkcə Avropada deyil, hər yerdə, o cümlədən müttəfiqlərimizdən biri olan ABŞ-da da belədir."- deyə bildirib.
Bəyanatda sözügedən yardımın bir digər məqsədinin Avropanın müdafiə sənayesini gücləndirmək olduğu qeyd edilib.
Fatima
