00:00:00
Yazar
Admin User
08.04.2015 09:50 728 3 dəq oxuma
Dünya

Avropa Məhkəməsi Ermənistan əleyhinə üç hökm çıxarıb

Avropa Məhkəməsində məğlub olmuş hakimlər onların əmək haqları barədə hökmlər çıxarmağa davam edirlər.
Avropa Məhkəməsi Ermənistan əleyhinə üç hökm çıxarıb

Müəllif: Sabir Babayev, İnformator.az

Avropa Məhkəməsi Ermənistanın büdcəsindən bir gün ərzində tam 70 min avro alaraq  Ermənistan əleyhinə birdəfəyə üç hökm çıxarıb. Ermənistanlı məhkəmələrin səhvləri son illərdə vergi ödəyənlərin cibinə yarım milyon avro dəyərində zərər vurub. Lakin hakimiyyət nəticələr çıxarmır. Avropa Məhkəməsində məğlub olmuş hakimlər onların əmək haqları barədə hökmlər çıxarmağa davam edirlər.

Artaşes Davityan həbsxanada həyatı üçün təhlükə törədən xəstəliklərə qarşı üç il üç ay mütəxəssis qayğısı olmadan və müalicəsiz mübarizə aparmağa məcbur olub. Hətta kliniki ölümlə qarşılaşıb. Həbsxana kamerasında yaşamaq uğrinda mübarizə aparıb. Bunları Avropa Məhkəməsinin 2015-ciil 1 aprel hökmü ilə dövlətdən mənəvi zərərin əvəzinin ödənilməsi kimi 9600 avro alacaq Davityan deyib.

Avropa məhkəməsində Davityanın şikayətini təqdim edən vəkil Lusine Sahakyanın sözlərinə görə, o, məhbusun təngnəfəs olması və hər an ölə biləcəyi haqqında məhkəməni demək olar hər gün xəbərdar edib. Hakimlər Davityanın təkcə həbs qəti imkan tədbiri deyil, həm də ona tibbi yardım göstərmək vasitəçiliyini dəyişmirdilər.

Vəkil Lusine Sahakyan: “Təcridxanaya dəvət olunan çoxsaylı həkimlərin hamısı qeyd edirdilər ki, təcili əməliyyat zərurəti var,  Artaşes Davityan xəstəxanaya yerləşdirilmirdi. Tibbi yardım o qədər də layiqincə deyildi ki, cəzaçəkmə müəssisəsində hətta lazımi avadanlıqlar yox idi və A. Davityanı xilas etmək üçün məhbuslar ona ağzından sünii nəfəs verirdilər”.

Növbəti təngnəfəslik pristupu məhkəmənin qərarı olmadan cəzaçəkmə müəssisəsi Davityanı təcili əməliyyata göndərməyə məcbur edib.Avropa İnsan Haqları Məhkəməsinin aprelin 1-də açıqladığı başqa bir hökmü ilə Ermənistan Respublikası zorakılıq və işgəncələrlə etiraf ifadələri almaq işi üzrə məğlubiyyətə uğrayıb.Geğarkunuk vilayətinin iki vətəndaşı sənədsiz, statussuz bir ay polis idarəsində saxlanılıb və işgəncələrə məruz qalıblar. Lakin məhkəmə bu faktları araşdırmayıb.  

Ermənistan Respublikası sonunculara 62 min avro kompensasiya verməyə borcludur.Ermənistan üçüncü hökmlə isə yığıncaq azadlıqlarının tapdaladığına görə məğlub olub. Hüquq müdafiəçiləri İrəvan mennriyası vəfat etmiş Levon Qulyanın ölümünün ildönümündə dinc şamyandırma yürüşünü qadağan etdiyi zaman Strarburq məhkəməsinə müraciət etmişdilər. Bu işlər üzrə Ermənistan əleyhinə çıxarılmış hökmlərin sayı 55-ə çatıb, büdcədən ödənilən kompensasiyanın məbləği isə yarım milyon avronu keçib.

Avropa məhkəməsində 20-dən çox iş udmuş Ara Kazaryanın sözlərinə görə, şikayətlərin məzmunu demək olar eynidir. O deyib: “2012-ci ildən başlayaraq artıq əksəriyyəti həbs qəti imkan tədbiriinə,  həbs şərtlərinə, qadağan olunmuş münasibətlərə dair işlər olub, siyasi sahədə isə əmlak mübahisəsinə dair işlər artmağa başlayıb. “Əgər Ermənistanda üç məhkəmə instansiyası fəaliyyət göstərirsə, işlər nəyə görə beynəlxalq platformaya çatmalıdır,-deyir vəkil Artak Zenyanyan və qeyd edir ki, birinci instansiya məhkəmənin qərarları istər appelyasiya məhkəməsində, istərsə də kassasiya məhkəməsində dəyişilməz qalır. Vəkil bildirir ki, Ermənistan vətəndaşlarının haqlarının tapdalanması üçün nəinki həmin vətəndaşlar dövlət büdcəsindən ödəməli, əksinə, rəsmilər məsuıiyyətə cəlb olunmalıdırlar. O deyib: “Bu adamların üzündən biz ümumi daxili məhsuldan, yaxud büdcədən həmin səhvə qarşı ödənişlər etmişik. Bunlar məhkəmələrdə həmin məsələlər qardırılarkən baş verib. Hakimlərə deyilmişdi ki, bu pozuntuları tanısınlar”.

Avropa məhkəməsinin çıxardığı qərarlara görə, kompensasiyaların dövlət büdcəsi hesabına ödənilməsi vəkil Lusine Sahakyan üçün həmçinin qəbulolunmazdır. Onun sözlərinə görə, qanunu pozan hakimlər həm də cinayət məsuliyyətinə cəlb edilməlidirlər. “Siz təsəvvür edin, onlar qanunsuzluq edərək büdcədən kompensasiya verirlər. Həmin vəzifəli şəxs işləməyə və pozuntulara yol verməyə davam edir”,-deyib L. Sahakyan.

Bu anda Avropa məhkəməsində Ermənistanla bağlı mindən çox iş mühakimə olunur. Bu günlərdə nəşr olunmuş məruzəyə görə, 2014-cü ilin iyun ayındakı vəziyyətlə Avropa İnsan Haqları Məhkəməsinin pozuntulara dair təqdim etdiyi 47 məhkəmə hökmündən 42-sinin icrası hələ başa çatmayıb.

http://www.azatutyun.am/section/azatututyuntv/665.html



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər