00:00:00
Yazar
Admin User
10.07.2025 10:43 112 1 dəq oxuma
Dünya

Avropa Parlamenti Ursula Fon der Lyayenə etimadsızlıq votumunu rədd edib

Avropa Parlamenti Ursula Fon der Lyayenə etimadsızlıq votumunu rədd edib

Avropa Parlamenti Strasburqda keçirilən plenar iclasda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenə etimadsızlıq votumunu rədd edib.


"İnformator.az" xəbər verir ki, iclas Avropa Parlamentinin rəsmi saytında yayımlanıb.

 

Deputatlardan 175-i Ursula Fon der Lyayenə etimadsızlıq votumunu dəstəklədiyi halda 553-ü onun əleyhinə səs verib, 18-i isə bitərəf qalıb.


Xatırladaq ki, etimadsızlıq səsverməsi ilə bağlı təklif Avropa Parlamentinin rumıniyalı deputatı George Piperya tərəfindən irəli sürülüb. O, Ursula Fon der Lyayeni və Avropa Komissiyasını pandemiya zamanı şəffaflığın olmamasında və zəif idarəetmədə günahlandırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər