Avropa Rusiya ilə dialoqu başqasına buraxmamalıdır
Avropa Rusiya ilə dialoqu kiminsə təkbaşına aparmasına yol verməməlidir.
Bu fikri Fransa Prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində səsləndirib. BFMTV-yə müsahibəsində Makron bildirib ki, Rusiya nümayəndələri hazırda ABŞ və digər ölkələrin danışıqlar aparan şəxsləri ilə təmasdadır. Avropa bundan xəbərdardır. Onun sözlərinə görə, Avropa dialoqu bərpa etmək niyyətindədir və bunu əsas tərəfdaşları ilə birlikdə edəcək. Makron vurğulayıb ki, Avropalılar Rusiya ilə əlaqə qurmaq hüququnun yalnız kiməsə məxsus olmasına imkan verməməlidirlər.
Eyni zamanda Fransa Prezidenti yaxın günlərdə Parisdə “Böyük Yeddilik” (G7) çərçivəsində Rusiya nümayəndələrinin iştirakı ilə görüşün keçirilə biləcəyini təsdiqləməyib.
TASS
Nuray Əliyeva
