Avropada gel dırnaqları qadağan edilib
Salonlarda tərkibində müxtəlif kimyəvi maddələr olan qalıcı dırnaq boyaları günümüzdə çox geniş yayılıb.
Mövzu ilə əlaqədar Dermatoveneroloq Hüseynova Xəyalə Dr. “İnformator.az”a açıqlamasında bildirib ki,demək olar yetkinlik yaşına çatmayan qızlardan 70 yaşlı xanımlara qədər hər iki nəfərdən biri bu proseduru etdirir:
“Amma heç kim gələcəkdə nələrlə üzləşəcəyini düşünmür.İçərisində orqanizmə toksik zərər göstərən “trimetilbenzoil-difenilfosfin-oksid” maddəsi olduğu üçün olduqca zərərli sayılır.Dırnaqlar xüsusi şua verən cihazlarda qurudularkən bu konserogen maddə daha da aktivləşir və müxtəlif dırnaq xəstəliklərinə,hətta ölümcül xərçəngə səbəb ola bilir.
Bundan başqa,gel özü dırnağın dərin qatlarına nüfuz edərək dırnaq mayasının travmatik zədələnməsi,dırnaqlarda Ca,Zn və S mikroelementlərinin azalmasına,dırnağın keyfiyyətcə zəifləməsi və qırılmasına səbəb olur”.
Son olaraq ekspert bildirib ki,dırnaqların soyulmasını,nazikləşməsini,ağarmasını,rəng dəyişməsini gellak istifadə edən hər kəs öz gözləri ilə görüb.Avropada bu prosedurlara tam qadağa qoyulsa da bizim ölkədə hələki bu məsələyə tam ciddi nəzarət olunmur.
Səadət Əlizadə
