Avropada hava çirklənməsi riski: Ölüm sayı açıqlandı
Avropa Ətraf Mühit Agentliyi bildirib ki, havanın çirklənməsi hər il Avropada 18 yaşdan aşağı 1200-dən çox uşaq və gəncin ölümünə səbəb olur.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, qurumun dərc etdiyi hesabatda çirklənmənin sonrakı dövrlərdə də xəstəlik riskini əhəmiyyətli dərəcədə artırma riskinin olduğu qeyd edilir.
Sözügedən sənəddə bir çox Avropa ölkəsində hava çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi normanın üzərində qaldığı bildirilir.
Yaxın Şərqi Avropa və İtaliya bu vəziyyətdən xüsusilə, ciddi şəkildə təsirlənən bölgələrdir.
Qeyd edək ki, uşaq və yeniyetmələrin hava çirklənmələrinə daha həssas olmalarının səbəbi immun sistemlərinin hələ də inkişaf dövründə olmasıdır.
Qısa müddətdə azot dioksid, ozon və PM 2.5 kimi tanınan təsirlərə uzun müddət məruz qalma uşaqların ağciyər fəaliyyətinə və inkişafına təsir edir. Bu, tənəffüs və ürək-damar, o cümlədən astma xəstəliyinə gətirib çıxarır.
Hamiləlik dövründə hava çirklənməsinə məruz qalma isə çəkinin azalması və vaxtından əvvəl doğum riskinin artmasına səbəb olur.
Fatima
