00:00:00
Yazar
Admin User
27.10.2025 18:18 126 2 dəq oxuma
İqtisadiyyat

“Avropada Ukraynaya ən çox yardım göstərən ölkə məhz Almaniyadır”

“Avropada Ukraynaya ən çox yardım göstərən ölkə məhz Almaniyadır”

Almaniya 2026-cı ildə silahlı qüvvələrin bütün bölmələri üçün silah və avadanlıqların alınmasına 377 milyard avro xərcləməyi planlaşdırır.

 

Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Almaniyanın hərbi sahəyə bu qədər çox vəsait ayırması əslində həm də Trampın tələbidir:

 

“Çünki Trampın tələblərindən biri NATO-ya daxil olan ölkələr ümummüdafiə məhsulun 3,5%-ini birbaşa hərbi xərclərə, 1,5%-ni isə hərbi infrastrukturun yaranmasına xərcləməlidirlər. Yəni ümumilikdə 5% olmalıdır və Almaniyada bu kateqoriyaya aid xərcləri toplayanda xeyli artdığının şahidi oluruq. Bundan başqa ABŞ-ni çıxsaq Avropada Ukraynaya ən çox yardım göstərən ölkə məhz Almaniyadır. Həm hərbi, həm də maliyyə cəhətdən və nəticə etibarı ilə bu da davam edən Ukrayna müharibəsi ilə əlaqəlidirdir. Avropanın hədəfi ondan ibarətdir ki, ABŞ-nin Avropadakı mövqeyləri geri çəkdikcə Avropa birliyini və NATO-ya daxil olan Avropa ölkələrinin sərhədlərini qorumaq üçün əlavə hərbi qüvvələrə ehtiyac yaranacaq, bunun da təsirləri var. O ki qaldı iqtisadiyyata təsirlərinə, burda problemlər var. Almaniya iqtisadiyyatı bir neçə ildir ki, ciddi bir artım tempi göstərə bilmir. Enerji daşıyıcıları bahadır, miqrant problemləri var və s. Hərbi xərclərin artması sosial xərcləri azaldacaq. Almaniya ilk dəfə olaraq bəlkə də son 10 ildə sosial xərclərin azaldılmasına getmək məcburiyyətində qalacaq. Bu çox qeyri-populyar yanaşmadır. Mənə elə gəlir ki, seçkilər zamanı siyasi partiyalar bunun altını çəkəcəklər, çünki sosial xərclərin azaldılması heç bir hökümətə populyarlıq gətirmir və Almaniyada növbəti seçkilərdə çox güman ki, uduzma ehtimalı olacaq”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər