00:00:00
Yazar
Aysel Mirzəyeva
13.02.2026 21:12 32 1 dəq oxuma
İqtisadiyyat

Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar 37%-ə enib

Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar 37%-ə enib

Avropanın yeraltı qaz anbarlarından istilik mövsümünün əvvəlindən indiyə qədər xalis qaz çıxarılması 50 milyard kubmetri ötüb.

 

Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, qaz anbarlarında ehtiyatların belə kəskin azalması Avropa üçün yaxşı bir xəbər deyil:

 

“Hələ qış mövsümünün bitməsinə təqribən iki ay qalıb. Avropada, xüsusilə Şimali Avropada, martın sonu və aprelin əvvəllərinə qədər isitmə sistemi qaz vasitəsilə işləyir və buna böyük ehtiyac var. Bu, Avropanın enerji təhlükəsizliyinin nə qədər həssas olduğunu göstərir. Rusiya qazından imtina etdikdən sonra Avropanın bazarında əsasən Amerikanın sıxılmış qazı satılır. Gəmilərlə gəldiyindən və infrastruktur tam hazır olmadığından, həmçinin bu ilin sərt qışı nəzərə alınarsa, anbarlardan daha çox qaz istifadə olunub və bunu əvəzləmək çətindir. Avropanın enerji təhlükəsizliyi məsələsində hələ həll edilməli çox problem var".


Aytac İbrahimova

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər