Avstraliyada elektron siqaretlər reseptlə satılacaq
Avstraliyada əyləncə məqsədi ilə satılan elektron siqaretlər qadağan ediləcək.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, elektron siqaretlər üçün minimum keyfiyyət standartları tətbiq olunacaq və bu məhsullar yalnız apteklərdə satılacak. Avstraliyanın səhiyyə naziri Mark Butler bu məhsulların ölkəsində yeni nəsildə nikotin asılılığını yaratdığını qeyd edib.
Elektron siqaretlər adi siqaretlərdən fərqli olaraq, tərkibində tütün olmadığı üçün daha təhlükəsiz hesab olunur. Hətta İngiltərədə də hökumət onları siqareti tərgitmək istəyənlərə pulsuz şəkildə paylayır. Amma ekspertlər qeyd edir ki, elektron siqaretlər də müəyyən risklər daşıyırlar. Bir çoxunda kimyəvi maddələr ilə zəngin olan bu siqaretlərin uzunmüddətli təsiri hələ ki məlum deyil.
Avstraliya hökuməti tərəfindən verilən məlumata görə xüsusilə, heç vaxt siqaret çəkməyən gənclər üçün risk mənbəyidir. Qeyd edək ki, Avstraliya dünyada siqaret çəkmək ilə bağlı ən sərt qaydalara sahib ölkələrdən biridir.
Yeni qaydalar birdəfəlik elektron siqaretlərin qadağan edilməsini və resept ilə satılanlar istisna olaraq, elektron siqaretlərin idxalının dayandırılmasını nəzərdə tutur. Qadağanın qüvvədə olacağı tarixi daha sonra açıqlanacaq.
Fatima
