Avtobusda sürücünü narahat edənləri nə gözləyir? - Hüquqşünasdan XƏBƏRDARLIQ
Avtobuslarda sürücülərə mane olan və asayişi pozan şəxslərin məsuliyyəti barədə hüquqşünas Səbuhi Axundov “İnformator.az”a danışıb.
Ekspert bildirib ki, kamera görüntüləri əsasında həmin şəxslər törətdikləri əməlin ağırlığına görə cəzalandırıla bilərlər:
"Əgər şəxsin hərəkətləri nəticəsində kiminsə sağlamlığına xəsarət yetirilibsə, bu, cinayət məsuliyyəti yaradır. Xəsarət yoxdursa, lakin ictimai qayda pozulubsa, həmin şəxs İnzibati Xətalar Məcəlləsinin "xırda xuliqanlıq" maddəsi ilə cərimələnə və ya həbs edilə bilər".
Reyhan Quliyeva