00:00:00
Yazar
Zəhra Həsənova
30.04.2026 18:37 18 1 dəq oxuma
Sosial

Avtobuslarda yüksək səslə danışan şəxslər cərimələnə bilərmi?

Avtobuslarda yüksək səslə danışan şəxslər cərimələnə bilərmi?

Gündəlik həyatımızda avtobusda bir çox xoşa gəlməz hallarla qarşılaşırıq. Bəzən insanlar istəmədən də olsa ətrafdakı insanları narahat edə biləcək dərəcədə yüksək səslə danışır. Bəs belə hal  baş verərsə hansı hüquqi tədbirlər görülür?


Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında hüquqşünas Ramil Əfəndi bildirib ki, əgər şəxs ictimai nəqliyyatda, məsələn avtobusda, yüksək səslə danışar, söyüş söyər və cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirərsə, bu, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır:


"Bu kimi hallarla bağlı müvafiq sübutlar (video, audio qeydlər və ya şahid ifadələri) toplanaraq şikayət verilə bilər. Şəxsin kimliyi müəyyən edildikdən sonra onun barəsində inzibati protokol tərtib olunur. Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən 50 manatdan 100 manatadək məbləğdə cərimə oluna bilər. Eyni zamanda, əgər bu əməllər təkrar törədilərsə və ya daha kobud xarakter daşıyarsa, bu halda şəxs barəsində 15 günədək inzibati həbs də tətbiq oluna bilər".

 

Beləliklə, demək olar ki, ictimai nəqliyyatdan istifadə zamanı davranışımıza diqqət etməli, insanları narahat edə biləcək hərəkətlər etməməliyik. Əks halda hüquq qarışısında cavabdeh olarıq.

 

Selcan Xudiyeva

#azərbaycan #səslə #avtobuslarda #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər