00:00:00
Yazar
Admin User
22.09.2025 18:20 163 1 dəq oxuma
Maraqlı

Avtomobilsiz həyat

Avtomobilsiz həyat

22 sentyabr dünyada “Ümumdünya Avtomobilsiz Günü” kimi tanınır. Məqsəd avtomobil istifadəsini azaldaraq havanın keyfiyyətinə diqqət çəkməkdir. Bu gün şəhərlərdə səs-küy və zərərli qazların miqdarı əhəmiyyətli dərəcədə azalır.

 

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, müasir dövrdə avtomobillər ekoloji problemlərin əsasını təşkil edir:

 

“Belə ki, iri şəhərlərdə avtomobillər əsas çirkənləmə mənbəyi, tıxac və digər sosial problemlər rolunda çıxış edirlər. Bu problemləri körükləyən əsas amillərdir. Nəqliyyat sektoru karbon emissiyalarının atmosferdə artmasına töhfə verən ən böyük sektordur.

 

Avtomobilsiz günün mənası ondan ibarətdir ki, burada insanlar avtomobildən istifadə etməyəyə daha çox ictimai nəqliyyatdan istifadə etməyə, velosipeddən və yaxud piyada getməyə həvəsləndirilir. Bu ondan irəli gəlir ki, həm iqlim dəyişmələrinin qarşısı alınsın, çünki avtomobildən atmosferə atılan karbon emmisiyalarının iqlim dəyişikliyində yaranmasında əsas rol oynayırlar. Digər tərəfdən avtomobillər iri şəhərlərdə tıxacların yaranmasına, həyatın iflic olmasına və stress ,həyat keyfiyyətinin azalmasına töhfə verirlər.

 

Əgər bütün insanlar avtomobillərdən yox velosipedlərdən istifadə etsələr, piyada gəzsələr həm şəhər havası xeyli təmizlənər, həm də insanların sağlamlığına yaxşı təsir bağışlayar. Eyni zamanda avtomobillər insanların hərəkətsiz olmasına, xəstəliklərin yaranmasına səbəb olur. Elə buna görə də avtomobilsiz günün mənası ondan ibarətdir ki, insanlar avtomobildən istifadə etməsinlər”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər