00:00:00
Yazar
Zeynəb Yunuszadə
01.05.2026 21:39 25 2 dəq oxuma
Sosial

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir

Ayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir

Paytaxtın küçə və prospektlərində mayın 4-dək aparılacaq təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir.

 

“İnformator.az” xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

 

“4 nömrəli marşrut (“Nəriman Nərimanov” m/st istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi. Əks istiqamətdə isə Azadlıq prospekti - Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti;

 

20 nömrəli marşrut (Uşaq Klinik Xəstəxanası istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi – Ənvər Qasımzadə küçəsi - Ceyhun Hacıbəyli küçəsi – Mirəsədulla Mirqasımov küçəsi (son dayanacaq). Əks istiqamətdə isə Mirəsədulla Mirqasımov küçəsi (son dayanacaq) - Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti;

 

61 nömrəli marşrut (9-cu mikrorayon istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi - Ceyhun Hacıbəyli küçəsi – Mirəsədulla Mirqasımov küçəsi – Səməd Vurğun küçəsi;

 

83 nömrəli marşrut (“Gənclik” m/st istiqaməti): Səməd Vurğun küçəsi - Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları - Abbasqulu ağa Bakıxanov küçəsi - Ceyhun Hacıbəyli küçəsi – Vaqif prospekti. Əks istiqamətdə isə Ceyhun Hacıbəyli küçəsi - Mirəsədulla Mirqasımov küçəsi – Səməd Vurğun küçəsi;

 

85 nömrəli marşrut (“28 May” m/st istiqaməti): Azadlıq prospekti - Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti. Əks istiqamətdə isə – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi;

 

88 nömrəli marşrut (“Dərnəgül” m/st istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi - Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi. Əks istiqamətdə isə Azadlıq prospekti - Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi - Abbasqulu ağa Bakıxanov küçəsi - Azadlıq prospekti;

 

88A nömrəli marşrut (“Azadlıq prospekti” m/st istiqaməti): Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi - Ceyhun Hacıbəyli küçəsi ilə hərəkət edəcək”, - deyə məlumatda qeyd edilib.

#azərbaycan #marşrutların #gündəm #hərəkəti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər