00:00:00
Yazar
Ayşən Səlimova
22.03.2026 12:58 20 1 dəq oxuma
Sosial

AYNA: Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb

AYNA: Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb

Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimində çalışır.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "İnformator.az"a bildirilib ki, 19-21 martda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1 080 reys həyata keçirilib, 38 613 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.

 

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 400-dən çox reys həyata keçirilib.

 

Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.

 

Vətəndaşlara mənzil başına daha rahat və təhlükəsiz qaydada çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

 

 

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər