00:00:00
Yazar
Aysel Mirzəyeva
12.03.2026 21:36 24 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığında yeni mərhələ

 Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığında yeni mərhələ

Azərbaycan və ABŞ arasında dialoqun institusional müstəviyə keçirilməsi, iqtisadi tərəfdaşlıq üçün əhatəli çərçivənin formalaşdırılması və ortaq investisiya modelinin işlənib hazırlanması ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ investisiyalarının Azərbaycana cəlb olunması mümkün olarsa, bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər:

 

“Burada söhbət yalnız ABŞ investisiyalarından və ya hansısa konkret ölkənin sərmayəsindən getmir. Ümumiyyətlə, ölkəyə xarici birbaşa investisiyaların cəlb olunması iqtisadi artıma müsbət təsir göstərən mühüm amildir. Bu, ölkənin istehsal və xidmət potensialını artırır, ixrac imkanlarının genişlənməsinə şərait yaradır və yeni iş yerlərinin açılmasına səbəb olur. ABŞ investisiyalarının cəlb olunması isə xüsusilə yüksək texnoloji istehsal sahələrində əməkdaşlığın qurulmasına gətirib çıxara bilər. Bu, eyni zamanda Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinə də müsbət təsir göstərə bilər. Lakin prosesin necə inkişaf edəcəyi, əməkdaşlıq imkanlarının hansı istiqamətlərdə formalaşacağı hələ ki, tam aydın deyil. Ümumilikdə isə ABŞ investisiyalarının cəlb olunması yeni iş yerlərinin yaradılması, ixrac imkanlarının genişlənməsi baxımından əhəmiyyətli ola bilər. Bununla yanaşı, belə əməkdaşlığın təhlükəsizlik sahəsində də müəyyən müsbət təsirləri ola biləcəyi ehtimal olunur”.


Günel Əlili

#əməkdaşlığında #baki #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər