00:00:00
Yazar
Ayşən Səlimova
26.03.2026 21:36 16 2 dəq oxuma
Sosial

Azərbaycan ali təhsildə tarixi uğura imza atıb

Azərbaycan ali təhsildə tarixi uğura imza atıb

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb. Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb.

 

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli “İnformator.az” a açıqlamasında bildirib ki, məsələyə düzgün yanaşmaq üçün qeyd etmək lazımdır ki, burada söhbət Azərbaycan universitetlərinin ümumi olaraq TOP 100-ə daxil olmasından deyil, QS World University Rankings çərçivəsində ayrı-ayrı ixtisaslar üzrə ilk yüzlükdə yer almasından gedir:

 

“Bu fərq vacibdir, çünki ixtisas üzrə TOP 100-ə düşmək müəyyən sahələrdə universitetlərimizin qlobal səviyyədə rəqabət qabiliyyətinə malik olduğunu göstərir. Bu nəticə ali təhsilin keyfiyyəti ilə bağlı müsbət mesaj verir. Artıq ümumi inkişafdan çox, konkret sahələr üzrə real nəticələr görünür. Universitetlər ixtisaslaşır, güclü olduqları istiqamətlərdə irəliləyir və bu da beynəlxalq səviyyədə təsdiqlənir. Bu proses ali təhsildə aparılan islahatların praktik nəticə verdiyini göstərir. Sahələr üzrə əsas üstünlük mühəndislik, kompüter elmləri, enerji və digər texnoloji istiqamətlərdə cəmlənib. Bununla yanaşı, iqtisadiyyat və dil sahələrinin də reytinqdə yer alması inkişafın çoxşaxəli olduğunu göstərir. Ümumilikdə isə diqqətin daha çox tətbiqi və əmək bazarı ilə bağlı sahələrə yönəldiyi görünür. Bu nailiyyətlər gələcək strategiya üçün də istiqamət verir. Hansı sahələrdə güclü olduğumuz və harada inkişafın vacib olduğu artıq aydın görünür. İxtisaslar üzrə TOP 100-də yer almaq gələcəkdə universitetlərin ümumi reytinqdə də ilk yüzlüyə daxil olması üçün ilkin mərhələ hesab oluna bilər”.

 

Selcan Xudiyeva

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər