00:00:00
Yazar
Asiman Vəliyeva
04.03.2026 19:14 30 2 dəq oxuma
İqtisadiyyat

Azərbaycan artıq 16 ölkəyə qaz ixrac edir

Azərbaycan artıq 16 ölkəyə qaz ixrac edir


Prezidentin 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanacağı ilə bağlı açıqlaması enerji sektorunda mühüm gözləntilər yaradıb. Bildirilib ki, maksimum istehsal səviyyəsində əlavə 10–15 milyard kubmetr qaz hasil etmək mümkün olacaq. Bu isə Azərbaycanın həm ixrac potensialı, həm də büdcə gəlirləri baxımından yeni mərhələyə keçidi kimi qiymətləndirilir.


Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində iqtisadçı Natiq Cəfərli bildirir ki, bu gün dünyada ən çox axtarılan strateji məhsullardan biri təbii qazdır:


“Təbii qazın hasilatı Azərbaycanda artdıqca, ölkəmizin həm qlobal miqyasda, həm də ,xüsusilə,Avropa Birliyinə üzv dövlətlərin enerji təhlükəsizliyində oynadığı rol daha da güclənir. Bu isə öz növbəsində Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlərin artmasına və iqtisadi mövqeyinin möhkəmlənməsinə səbəb olur. Bütün bunlar ölkə üçün müsbət və perspektivli bir inkişaf istiqamətidir. Azərbaycanın yeni qaz yataqlarının işlənməsi və həmin yataqlardan əlavə həcmdə qaz hasil olunması ixrac imkanlarını daha da genişləndirir”.

 

Həmçinin ekspert qeyd edir ki, digər tərəfdən, ölkədə elektrik enerjisinin böyük bir hissəsi qaz turbinləri vasitəsilə istehsal olunur:

 

“  Lakin alternativ və bərpa olunan enerji layihələrinin genişlənməsi daxili bazarda qaza olan tələbatın müəyyən qədər azalmasına gətirib çıxaracaq. Bu isə daxildə azalan qaz istehlakının bir hissəsinin xarici bazarlara yönəldilməsinə imkan yaradacaq. Beləliklə, Azərbaycan qazına beynəlxalq tələbat artdıqca, bu qazı idxal etmək istəyən ölkələrin də sayı çoxalır. Təsadüfi deyil ki, Azərbaycan boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz ixrac edən ölkələrdən biri kimi ön sıralarda yer alır. Hazırda ölkəmiz on altı dövlətə boru kəmərləri vasitəsilə qaz tədarük edir ki, bu da dünya miqyasında nadir göstəricilərdən hesab olunur”.


Ədilə Hüseynzadə

#yeni #qaz #ölkəyə #edir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər